Həbsdəki jurnalist xanım ailə qurmaq istəyir NİGAHA DAXİL OLA BİLMİRƏM

26.04.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Hazırda həbsdə olan Meydan TV-nin  əməkdaşı Aytac Tapdıq nikaha daxil olmaq istəyir.

Gununsesi.info-nun  xəbərinə görə, xanım jurnalist bunun üçün aidiyyatı quruma müraciət etsə də nigah hüququnun pozulduğunu bildirir.

“ Yanvardan etibarən nikah üçün ərizə ilə müraciət etsəm də, zəruri prosedurlardan keçməyimə şərait yaradılmır”.

Jurnalist daha sonra qeyd edir ki, təcridxana rəhbərliyinə etdiyi müraciətdən 2 ay keçdikdən sonra cavab alıb ki, istintaq ona evlənməyə icazə vermir.

Jurnalist hüququnun bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью