Həbsdəki jurnalistin yerini dəyişdilər

27.08.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Arzu Sayadoğlu 2 saylə cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə Gununsesi.info-ya həbsdəki jurnalistin atası Sayad Məmmədov bildirib.

Onun sözlərinə görə, oğlunun cəzaçəkmə müəssisənin dəyişdirilməsi ilə bağlı məlumat verilməyib.

“Sadəcə, eşitdiyimizə görə, 10 saylı cəzaçəkmə müəssisəsində problem yaradılıb. Bundan sonra oğlumu 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Oğlumun taleyindən narahatam, saytınız vasitəsi ilə Penitensiar Xidmət rəhbərliyindən bu məsələyə diqqət ayırmağını xahiş edirəm”, – deyə o, bildirib.

Qeyd edək ki, müstəqil jurnalist fəaliyyəti göstərən Arzu Sayadoğlu bir neçə il əvvəl hədə-qorxu, tələb etmə maddələri ilə cinayətdə təqsirli bilinib və o, 8 il müddətinə azadlıqdan məhrum olunub.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью