Həbsdəki qazinin səhhəti pisləşib

09.07.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Hazırda həbsdə aclıq edən Qarabağ döyüşçüsü Hacı Vəliyevin səhhəti pisləşib.

Bu barədə Gununsesi.info-ya onun ailə üzvləri deyib.

Onların sözlərinə görə, Hacı 17 gündür ki, həbsxanada aclıq aksiyası keçirir.

“Dünən zəng edərək, vəziyyətinin ağırlaşdığını, mədə ağrılarının şiddətləndiyini bildirib” deyə onun yaxınları deyib.

Qeyd edək ki, Hacı Vəliyev xuliqanlıq ittihamı ilə 3 aydan artıq həbsdə saxlanılmasına etiraz edir.
O, həbsinin sifarişli olduğunu deyir.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью