Həbsdəki sabiq icra başçısı: 4 ildən artıqdır ki... | Icma.az
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov prezident İlham Əliyevə əfv ərizəsi yazıb.Bu barədə Gununsesi.info-ya sabiq başçının yaxınları deyib.Onların sözlərinə görə, Məmmədov öz müraciətində dövlət başçısına və dövlətçiliyə sədaqətindən söz salıb.O, həmçinin 4 ildən artıqdır ki, həbsdə olmasını və səhhətindəki problemləri nəzərə alaraq prezidentdən onu azadlığa buraxmasını xahiş edib.Qeyd edək ki, Alimpaşa Məmmədov korrupsiya cinayətlərinə görə həbs edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu