Həbsdəki vəkilin istintaqı başa çatdı

08.06.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Vəkil Zabil Qəhrəmanovun ibtidai istintaqı yekunlaşıb.

Gununsesi.info bildirir ki, Zabil Qəhrəmanov barəsində yeddi aydan çox davam edən istintaq yekunlaşıb.
İstintaqın sonunda vəkilə dörd maddə üzrə ittiham elan olunub.

Z.Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə), 178.2.2, 178.2.3 və 178.2.4 (dələduzluq – qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla və təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

Vəkil haqqında cinayət işi Gəncə şəhər Baş Polis İdarəsində başlansa da, sonradan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Z.Qəhrəmanov da Gəncədəki 2 saylı İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.

Hazırda Z.Qəhrəmanov və onun vəkilləri cinayət işinin materialları ilə tanış olurlar. Bu mərhələ tamamlandıqdan sonra ittiham aktı təsdiqlənəcək və iş məhkəməyə göndəriləcək.

Z.Qəhrəmanovun istintaq dövrü üçün həbs müddəti iyulun 23-dək uzadılıb.

Firuzə Mahmudova
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью