Həbsdən çıxan məhbus moped oğurladı, polis yaxaladı

09.07.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Bakıda keçmiş məhkum moped oğurlayıb.
Bizim.Media xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 1 800 manat dəyərində mopedin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью