Həbsdən çıxan rusiyalı aktyor BOŞANDI

21.07.2025

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həbsdən azad olunan rusiyalı aktyor Mixail Yefremov həyat yoldaşından ayrılmaq qərarına gəlib.

AZXEBER.CM Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor 23 illik evliliyini sonlandırıb.= 

Xatırladaq ki, Mixail Yefremov 2020-ci ilin iyun ayında Moskvanın mərkəzində törətdiyi ölümlə nəticələnən yol qəzasına görə 7.5 il azadlıqdan məhrum edilmişdi. Aktyor spirtli içki təsiri altında olarkən yolsuzluq avtomobili ilə qarşı zolağa çıxmış və furqonla toqquşmuşdu. Qəza nəticəsində furqonun sürücüsü ağır xəsarətlər almış və reanimasiyada vəfat etmişdi.

2025-ci il martın 24-də Belqorod vilayətinin Alekseyevski Rayon Məhkəməsi müdafiə tərəfinin vəsatətinə baxaraq, Mixail Yefremovun şərti-vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edib. 

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью