Həbsdən çıxan şəxslərə hansı sosial dəstək GÖSTƏRİLİR?

01.02.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həbsdən azad edildikdən sonra şəxslərin cəmiyyətə adaptasiya prosesi onların gələcək həyatına birbaşa təsir edir. Bu şəxslərin uğurlu adaptasiyası və yenidən cəmiyyətdə özlərinə yer tapması üçün kompleks yanaşma tələb olunur.
Sosial dəstək, psixoloji yardım və işlə təmin edilmə kimi bir sıra mühüm addımlar da bu adaptasiya prosesini sürətləndirir.
Maraqlıdır, həbsdən azad edilən insanların sosial adaptasiyası üçün hansı dəstək tədbirləri var?
Bizim.Media-ya açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, önənli addımlardan biri ilkin olaraq maddi yardımın edilməsidir:
“Nəzərdə tutulmuş qaydalarda, qanunvericiliyin tələblərində həbsdən azad olunan şəxsə birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. Şəxs həbsdən azad edildikdən sonra müvafiq sənədləri aidiyyatı üzrə təqdim etməklə maddi yardım imkanından istifadə edə bilir. Bu, ilkin olaraq şəxsin özünü maddi təmin etməsi məqsədi daşıyır. Bundan əlavə, şəxsin müvafiq qurumlara müraciət etdikdən sonra işlə təmin edilməsi, təhsilə cəlb olunması və ixtisasartırma qruplarına cəlb edilməsi kimi xidmətlər təklif edilir. Təəssüf ki, təcrübədə bu şəxslərin maddi yardım imkanından yararlansalar da, digər xidmətlərdən istifadə etməsi halları kifayət qədər azdır. Çünki pulu aldıqdan sonra digər xidmətlər üçün ümumiyyətlə, müraciət etmirlər.
Gələcəkdə bu xidmətlərin sfera və keyfiyyətinin artırılması məsələləri müzakirə olunur. Biz yaxın gələcəkdə həbsdən azad olunan şəxslərə adaptasiya olmaları üçün əlavə xidmətlərin göstərilməsinin şahidi olacağıq”.
Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью