Həbsdən çıxan tanınmış qapıçı 13 il sonra karyerasını bərpa etdi

20.02.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qətl törətdiyinə görə cəza çəkən 41 yaşlı qapıçı Bruno Fernandes futbola qayıdıb.

Fanat.Az xəbər verir ki, "Flamenqo"nun keçmiş kapitanı "Vasko da Qama"ya keçib. 

"Globo"nun məlumatına görə, sevgilisinin qətlində təqsirli bilinən qolkiper artıq yeni komandasının Braziliya Kuboku üçün heyətinə daxil edilib. O, "Vasko da Qaba"da debütünü bu axşam reallaşdıracaq. Sözügedən komanda kubokun 1/256 finalında "Velo" ilə qarşılaşacaq.

Bruno 2013-cü ildə keçmiş sevgilisinin - oğlunun anasının amansız qətlini təşkil etdiyinə görə 22 il həbs cəzasına məhkum edilib. Altı il sonra 2019-cu ilin iyul ayında cəzasının qalan hissəsini çəkmək üçün "yarı-açıq" proqram çərçivəsində həbsxanadan azadlığa buraxılıb. Proqrama əsasən, o, gündüzlər işləyə və ya məşq edə, gecələr isə ev dustaqlığında qalmalıydı. 2023-cü ilin yanvar ayında futbolçu azadlığa qovuşub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью