Həbsdən yeni çıxan kişi arvadını baltaladı

31.01.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdamda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində baş verib.

Kənd sakini, həbsdən yeni çıxan Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovaya çoxsaylı balta zərbəsi ilə xəsarət yetirib.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Gülzadə Salahovanın vəziyyətinin ağır olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью