Həbsxana torpağı ilə birlikdə satışa çıxarıldı

20.12.2024

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Giresun vilayəti Xüsusi İdarəsi Keşap rayonunda yerləşən açıq həbsxananı torpaq sahəsi ilə birlikdə satışa çıxarıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  həbsxana və onun ərazisi üçün cəmi 19 milyon 750 min lirə (560 min dollardan çox) pul istəndiyinə dair məlumatların da yer aldığı elan qısa müddətdə gündəmə gəlib. 

Özlərinə məxsus olan və Keşap rayonu Karabedir məhəlləsində yerləşən açıq həbsxananı torpaq sahəsi ilə birlikdə satışa çıxaran Giresun vilayəti Xüsusi İdarəsi, daşınmaz əmlak üçün qapalı tender ilə satış tenderlərinin keçiriləcəyini bildirib. 

Tenderin dekabrın 30-da keçiriləcəyi bildirilərkən, elanda həbsxanaya və torpaq sahəsinə bu qiymətə sahib olmaq istəyənlərin depozitə qoyacağı müvəqqəti zəmanət məbləğinin 592 min 500 lirə (17 min dollara yaxın) olduğu bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью