Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"P. Diddi" kimi tanınan amerikalı reper Şon Kombs başından aldığı xəsarətə görə Nyu-Cersi ştatındakı Fort-Diks həbsxanasından xəstəxanaya aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 10-da səhər tezdən baş verib. Bildirilir ki, musiqiçi huşu yerində olub və danışa bilib. Daha sonra o, yenidən həbsxanaya qaytarılıb.
Xəsarətin hansı şəraitdə alındığı açıqlanmır.
Qeyd edək ki, bir müddət əvvəl P. Diddinin həbsxanada qaçaqmalçılıq və müxtəlif imtiyazlar əldə etmək üçün minlərlə dollar xərclədiyi məlum olub. Məhbusların sözlərinə görə, bir neçə kamera yoldaşı reperə sözün əsl mənasında xidmət edir, onun arxasınca təmizlik işləri görür, yemək hazırlayır və hətta ona masaj edirlər.