Həbsxanada çaxnaşma: 2 nəfər ölüb

20.12.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Meksikanın Tabasko ştatında həbsxanada iğtişaşda iki məhbus həyatını itirib. 

"Cebheinfo.az" xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, ştatın Kreset şəhərində bəzi məhbusların başqa həbsxanaya köçürülməsi iğtişaşlara səbəb olub. Hadisələr zamanı 2 məhbus həyatını itirib, yaralananlar da var. Dövlət təhlükəsizliyi katibi Viktor Hüqo Çaves mətbuata verdiyi açıqlamada zorakılığın 2 məhbusun təhvil verilməsi səbəbindən baş verdiyini və polisin həbsxanada təhlükəsizliyi təmin etmək üçün əməliyyat keçirdiyini bildirib. Məhkumlar müxtəlif mebel və zibilləri yandırıblar. Əməliyyat zamanı çox sayda silah, kəsici alətlər və partlayıcı materiallar ələ keçirilib. Digər tərəfdən, üsyanı eşidən məhbusların yaxınları məlumat almaq üçün həbsxananın qarşısına toplaşıblar. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью