Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Həbsxanada məhkum yoldaşına ülgüclə xəsarət yetirən Azər Şaliyevin cəzası üçqat ağırlaşdırı
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.
38 yaşlı Azər 2014-cü ildən həbsdədir. Həmin vaxt o, quldurluq və narkotik cinayətlərinə görə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Cəzasının bitməsinə 3 il qalmış daha bir cinayət törədib. Bu dəfə o, 10 illik məhkum Şəhriyar Baxışəliyevin boyun nahiyəsinə iki dəfə ülgücl
Ona qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Amma məhkəmə Azəri bu maddə ilə deyil, qəsdən sağlamlığa az zərər vurma maddəsi ilə təqsirli bilib.
Əvvəlki cəzası birləşdirilməklə, ona 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş məhkəmənin bu qərarı ilə razılaşıb.