Həbsxanada məhkumlar üçün kursları açdı

03.10.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı reper və musiqi prodüseri "Pi Diddi" həbsxana məhkumları üçün özünütəkmilləşdirmə kursları açıb.

Axşam.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

O, müxtəlif cinayətlərdə ittiham olunan şəxslərə 6 həftəlik "Diddy ilə azad oyun" adlı kurs təklif edir.

Kurs ərzində reper məhkumlara işgüzar məsləhətlər verəcəyini və onları müsbət düşünməyə təşviq edəcəyini bildirib. Reper, rəqibləri üstələməyi, eqo ilə mübarizə aparmağı, uğursuzluqlara tab gətirməyi və məqsədlər qoymağı öyrədəcək. Həmçinin, məhkumlar "Diddi" tərəfindən verilən ev tapşırıqlarını yerinə yetirəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью