Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Dağıstan Respublikasında məhbus həbsxanada qanunsuz kazino təşkil edərək 21,9 milyon rubl gəlir əldə etməkdə şübhəli bilinir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Mahaçqala şəhərinin Zaqorodnı qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində baş verib.
İstintaqın məlumatına görə, məhbus 2017-ci ilin avqustundan 2026-cı ilin sentyabrınadək həbsxanada pul qarşılığında kart oyunları təşkil edib. O, digər məhbuslar arasından oyun iştirakçılarını seçib və qumar oynanılacaq yerləri müəyyənləşdirib.
Məhbusların sərbəst şəkildə pul köçürmək imkanları olmadığından uduzduqları məbləğləri onların yaxınları ödəyiblər. Pullar qanunsuz kazino təşkilatçısının qohumunun bank hesablarına köçürülüb. Məhbusun bu yolla doqquz il ərzində 21,9 milyon rubl gəlir əldə etdiyi bildirilir.
Onun barəsində xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz qumar oyunlarının təşkili və keçirilməsi maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hadisənin bütün təfərrüatları, eləcə də digər şəxslərin cinayətdə mümkün iştirakı araşdırılır.