Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir neçə gün əvvəl xəstəxanaya aparılan amerikalı reper "P. Diddy"nin (Şon Kombs) həbsxanada necə xəsarət aldığı bəlli olub.
Axşam.az xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.
Reper ikimərtəbəli çarpayıya başını vurduqdan sonra ABŞ-nin Nyu-Cersi ştatındakı xəstəxanaya aparılıb. Hadisədən sonra musiqiçinin huşu yerində olub və danışa bilib. Daha sonra o, yenidən həbsxanaya qaytarılıb.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Şon Kombs narkotik təsiri altında seksual xarakterli əlaqələr üçün insanları ştatlar arasında daşımaqda təqsirli bilinib. Məhkəmə onu 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.