Həbsxanada olan analar, uşaq evindəki övladları... FOTOLAR

07.03.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri olan, valideyn himayəsindən məhrum 18 uşağın 4 saylı cəzaçəkmə müəssisəsində olan anaları ilə görüşü təşkil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüşün məqsədi məhkum qadınlara öz ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanı yaratmaq, onların sosial reabilitasiyasını təmin etmək və azadlığa çıxdıqdan sonra onlar tərəfindən törədilə biləcək residiv cinayətlərin qarşısını almaqdır.







Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью