Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Türkiyəli jurnalist Fatih Altaylı həbsxanadan çıxdıqdan sonra orada qaldığı şəraitlə bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, yutub layihələrindən birinə qonaq olan Altaylı cəza müəssəsində qaldığı 190 günü yaxşı keçdiyini vurğulayıb.
Normal yeməklər yediyini və həbsxana işçilərinin ona mehriban davrandığını vurğulayıb:
"Ton balıqlı salat yeyirdim. Əvvəl verdikləri ton balığı çox keyfiyyətsiz idi. Bir neçə dəfə etiraz etdim. Sonra markanı dəyişdirdilər. Daha yaxşı ton balığı gətirdilər. Ərizədə yazdığın zaman məntiqli tələblərim yerinə yetirilirdi. Məsələn, səhər yeməyi üçün avokado istədim. Avokado, brokoli də gətirdilər. Brokolini buxarda bişirirdim. Üzərinə zeytun yağı və limon əlavə edirdim, iki gün ərzində yeyirdim. Müəssisənin verdiyi yeməklər, Allah şahiddir ki, kasıb bir ailənin evində belə çıxmayacaq səviyyədə idi. Həftədə ən azı 6 dəfə toyuq verilirdi. İşçilər isə son dərəcə nəzakətli insanlar idi".
Fatih Altaylı daha sonra fikirlərinə belə davam edib:
"Yay aylarında həyətdə şortla gəzirdim. Lakin ailə görüşündən sonra əslində orada nədən məhrum olduğunu daha yaxşı anlayırsan. Onlar gedirlər və sən orada tək qalırsan" - deyə o qeyd edib.
Qeyd edək ki, Fatih Altaylı bir proqramda səsləndirdiyi fikirlərə görə "Prezidenti hədələmə" ittihamı ilə həbsxanaya düşmüşdü.