Həbsxanada ruhani köməkçisi işləyir

13.11.2025

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Məşhur reper və prodüser P. Diddy (əsl adı Şon Kombs) məhkəmə hökmündən sonra ABŞ-nin Nyu-Cersi ştatındakı Fort-Diks həbsxanasında ruhani köməkçisi kimi çalışır.

Axşam.az xəbər verir ki, bu barədə “CBS News” kanalı mənbələrə istinadla məlumat yayıb.

Ruhani köməkçisinin vəzifələrinə həbsxana kilsəsinin kitabxanasında işləmək, keşişin kabinetinə qulluq etmək və ona müxtəlif işlərdə kömək etmək daxildir.

Bu vəzifə həbsxana daxilində nüfuzlu sayılır. Belə məhbusların ayrıca kondisionerli kabineti olur və keşişlər onlarla yeməklərini bölüşürlər.

Qeyd edək ki, bir müddət əvvəl reperin həbsdən gözləniləndən tez azad edilə biləcəyi haqda məlumat yayılmışdı. O, reabilitasiya proqramlarında aktiv iştirak etsə və həbsxana qaydalarına riayət edərsə, 8 may 2028-ci il tarixində azadlığa buraxıla bilər.

Xatırladaq ki, bu ilin oktyabrında məhkəmə Şon Kombsu dörd il iki ay müddətinə azadlıqdan məhrum etmişdi. Sənətçi artıq təxminən bir ildir həbsxanadadır və bu müddət cəza müddətinə daxil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью