Həbsxanadan 6 minə yaxın təhlükəli cinayətkar qaçıb

26.12.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Mozambikin ciddi rejimli Maçava həbsxanasından 6 minə yaxın təhlükəli cinayətkar qaçıb.

“Report”un məlumatına görə, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, məhbuslar mühafizəçiləri tərksilah edərək Mozambikin paytaxtı Maputonun yaxınlığındakı eyniadlı Maçava rayonunda yerləşən həbsxananı tərk edə biliblər.

Qaçan cinayətkarların həbsxana gözətçilərindən götürdükləri avtomat silahları ola bilər. Məhbusların qaçması müxalifətin etirazlarını müşayiət edən böyük iğtişaşlar fonunda baş verib.

Vurğulanb ki, kütləvi qaçış nəticəsində azı 33 nəfər ölüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью