Həbsxanadan qaçdı, məsciddə yatarkən tutuldu

30.09.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə həbsxanadan qaçan şəxs məsciddə ələ keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Karabük rayonunda qeydə alınıb.

Müxtəlif cinayətlərə görə 29 il həbs cəzasına məhkum olunmuş şəxs rayondakı həbsxanadan qaçıb. Ertəsi gün isə onun kəndlərdən birinin məscidində olduğu müəyyənləşib.

Polisin keçirdiyi əməliyyat nəticəsində o, elə gizləndiyi məsciddə yatarkən saxlanılaraq, həbsxanaya göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью