Həbsxanalarda neçə şagird imtahan verəcək?

06.03.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Martın 9-da digər məktəblərdə olduğu kimi, cəzaçəkmə müəssisələrində yerləşən xüsusi təyinatlı 6 məktəbdə də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək”.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildiriliblər. 

Qeyd edilib ki, imtahanda ümumilikdə 136 nəfərin iştirakı gözlənilir. İmtahanın keçirilməsi üçün DİM ərəfindən 6 imtahan rəhbəri və 13 nəzarətçi ayrılıb.

Xatırladaq ki, buraxılış imtahanlarında Elm və Təhsil Nazirliyi tərəfindən məlumatları “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilən bütün şagirdlər iştirak etməlidirlər. Cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə oxuyan şagirdlər də istisna deyil və hər il Dövlət İmtahan Mərkəzi həmin məktəblərin 9-cu və 11 ci sinfində (buraxılış sinfində) təhsil alan şəxslər üçün imtahan təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью