Həbsxanalardakı məktəblərdə təhsil alan şagirdlərin SAYI AÇIQLANDI

21.01.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çəzaçəkmə müəssisələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 ümumi təhsil müəsissəsi mövcuddur.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə idarədən məlumat verilib.
Bildirilib ki, həmin təhsil müəsissələrinə şagird qəbulu VIII sinifdən başlayır. Hazırda bu müəsissələrdə 667 şagird təhsil alır.
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanları IX sinifdə, tam orta təhsil pilləsi üzrə buraxılış imtahanları isə XII sinifdə keçirilir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью