Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi

08.08.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Unikal"a Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxs Ramil Mərdan oğlu Talıblıya qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd kartofun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью