Həbsxanaya sümüyün içində heroinin keçirmək istədi

23.06.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Axar.az-a Penitensiar Xidmətindən məlumat verilib.

Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью