Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21.05.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

9 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, məhkum Nahid Nicad oğlu Xudaverdiyevə gətirilmiş sovqata baxış keçirilən zaman plastik yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 10,760 qram qurudulmuş marixuana və ümumi çəkisi 4,785 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью