Həbsxanaya yeməyin içərisində narkotik keçirmək istədilər Foto

27.11.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.


Bizim.Media
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью