Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Suriya rəhbərliyinin tələbi ondan ibarət olub ki, YPG silahı yerə qoysun.
Çünki bir ölkənin rejim dəyişikliyindən sonra əsas məqsədi ölkənin ərazi bütövlüyünün tam şəkildə təmin olunmasıdır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
S.Zahidov vurğulayıb ki, bu yolda da əsas maneə YPG qruplaşmalarıdır: “Çünki onlar Suriyanın şimal şərqindəki əraziləri hələ də nəzarət altında saxlayırlar.
Bu danışıqlarda qarşı tərəfin əslində absurd şərtləri irəli sürülüb.
Neft yataqlarının 50 faizini istəyiblər, eyni zamnada, ordu daxilində bir korpus və ya diviziyaya malik olmaq istəyiblər.
Bunlar kifayət qədər absurd tələblərdir. Heç bir halda Suriya hökuməti bu tələblərlə razılaşa bilməzdi.