“Heç bir güc xalqın iradəsini sındıra bilməz ŞƏRH | Icma.az
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli, eyni zamanda ən faciəli səhifələrindən biri kimi tarixə həkk olunmuşdur.
Bu gün təkcə hüzn günü deyil, həm də xalqımızın iradəsinin, əyilməzliyinin və azadlıq eşqinin təcəssümüdür.
Azərbaycan xalqı tarix boyu çox keşməkeşli, çətin və sınaqlarla dolu mərhələlərdən keçmişdir.
Müxtəlif imperiyaların tərkibində yaşamaq məcburiyyətində qalan xalqımız dəfələrlə repressiyalara, zorakılığa, milli kimliyinin tapdanmasına məruz qalmışdır.
Müstəqil dövlətçiliyimiz dağıdılmış, Azərbaycan ikiyə parçalanmış, xalqımız uzun illər yad ideologiyaların və siyasi basqıların əsiri olmuşdur".
Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, XX əsrin sonlarında süquta uğramaqda olan SSRİ imperiyasının repressiv siyasəti öz ən qanlı və amansız simasını məhz 1990-cı ilin 19-dan 20-nə keçən gecə Bakıda nümayiş etdirdi: "Sovet imperiyasının “şər maşını” dinc əhaliyə qarşı ağır hərbi texnika, tanklar və silahlı qüvvələr tətbiq edərək, Azərbaycan xalqına misli görünməmiş bir faciə yaşatdı.
Tam oxu
Xəbəri oxu