Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailin son hərbi əməliyyatları da daxil olmaqla, heç bir hadisə Qəzzada elan olunan atəşkəsə xələl gətirməyəcək.
Missiya.Az xəbər verir ki, bu barədə dövlət başçısı Yaponiyadan Cənubi Koreyaya səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Bir İsrail əsgəri öldürüldü, ona görə cavab verməli oldular. Bu, atəşkəs üçün təhlükə yaratmır. Əgər yaxşı işlər görsələr, xoşbəxt olacaqlar, etməsələr, məhv olacaqlar”, – Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, lazım gələrsə, bir çox ölkə bu prosesə dəstək verməyə hazırdır.
Tramp həmçinin Şimali Koreya lideri Kim Çen In ilə yaxın gələcəkdə görüşmək istədiyini bildirib.
“Hazırda diqqətimiz Çinə yönəlib, amma Şimali Koreya ilə çox da uzaq olmayan gələcəkdə görüşəcəyik”, – deyə o vurğulayıb.
Seyranə Quliyeva
Missiya.Az