“Heç bir heyvan intihar etmir, onları biz məhv edirik, leşləri sahilə çıxır”Ekoloqdan ÇAĞI…
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Dünən sosial şəbəkələrdə hər kəs Xəzərdə balinanın olduğunu paylaşdı.
Amma başa düşmürlər ki, Xəzər böyük göldür. Xəzərin okeanla heç bir əlaqəsi yoxdur və balina Xəzərdə yaşamır.
Balinalar suda üzən ən böyük məməlilərdir. Onların uzunluğu 30-35 metrə çatır. Ağırlıqları 150 tondur.
Onlar bir dəfə ağızlarını açıb qida qəbul edəndə 1 ton su içmə qabiliyyətləri olur.
Bundan başqa onlar okeanla əlaqəsi olan dənizlərdə yaşayırlar. Soyuq və istisevər balinalar da var. Amma ən çox yayılan mavi balinadır.
Bunların da ömürləri təbii ki, uzundur. 60-70 il yaşaya bilirlər.
Balıqlar yumurta qoyub, kürü töküb çoxalırlar, amma balinalar diri bala doğurlar. Öz balalarını südlə bəsləyirlər.
Hazırda qlobal istiləşmə ilə bağlı olaraq ölkəmizdə COP29 tədbirləri keçirilir. Dünyanın diqqət mərkəzi Azərbaycandır.
Tam oxu
Xəbəri oxu