Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
"Mahnı evdə birinci səslənir. Günel dinləyir. Bəyənmir. Başqası oxuyandan sonra sevilir. Gəlir ki, niyə mənə dinlətdirməmisən".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tunar Rəhmanoğlu "İki başlı" verilişində bacısı Günel Zeynalova haqqında sualları cavablandırarkən deyib. O, Günelə verdiyi bəstələrinə görə pul almadığını bildirib:
"Pul vermir. Amma hədiyyələr verir. Lazımi əşyalar alır".
Tunar Ağdamdakı evlərindən söz açıb. O bildirib ki, Ağdam işğaldan azad edildikdən sonra ora gedib:
"Evimiz yoxdur, boş torpaqdır. Şəhəri gəzmişəm. Heç evimizin harada olduğunu tanımıram".