Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulmaq üçün 1 milyard dollar ödənilməsi barədə yayılan məlumatların yalan olduğunu deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
Prezident daha əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampın Qəzza sektoru üzrə təklif etdiyi “Sülh Şurası”na Belarusun qoşulması ilə bağlı sənədi imzaladığını xatırladıb.
“Bu insanlar növbəti dəfə özlərini biabır etdilər. Sadəcə sənədi oxumaq lazımdır.
Heç bir pul tələb olunmur”, – deyə Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Şurada təsisçi qismində iştirakın ilk üç ili üçün heç bir ödəniş nəzərdə tutulmayıb.
“Əgər üç ildən sonra da orada qalmaq, seçilmək, dəvət olunmaq və ya təyin edilmək istəyirsənsə, onda 1 milyard dollar ödəməlisən və fəaliyyətini davam etdirə bilərsən.