Heç bir nəticə əldə olunmayıb Bəqai

12.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, danışıqların gedişi İran üçün əvvəldən aydın olub və yekun mətnin böyük hissəsi razılaşdırılsa da, sonradan ABŞ tərəfi öz mövqeyində dəyişiklik edib.

Bəqai vurğulayıb ki, İran müəyyən etdiyi qırmızı xətlər məsələsində heç bir güzəştə getməyib və razılaşma ilə bağlı yayılan məlumatlar hazırda yalnız ehtimal xarakteri daşıyır:

“Bu məsələ ilə bağlı hələ heç nə yekunlaşmayıb”.

XİN sözçüsü əlavə edib ki, ABŞ-ın qanunsuz addımları səbəbindən Hörmüz boğazı hələ də bağlı qalır və təhlükəsiz hərəkət təmin edilmədiyi üçün gəmilər ehtiyatlı olmalıdır.

Bəqai həmçinin qeyd edib ki, Qətər və Pakistan tərəflər arasında vasitəçilik missiyasında fəal iştirak edir.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İranla müharibənin həlli istiqamətində böyük razılaşma əldə etdikləri ilə bağlı açıqlama verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью