“Heç bir ölkə Ermənistanı ciddi qəbul etmir”

10.02.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

“Hazırda Ermənistanın heç bir etibarlı müttəfiqi və dostu yoxdur”. 

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

Onun sözlərinə görə, Xarici siyasət arenasında heç bir ölkə Ermənistanı ciddi qəbul etmir. 

“Müvəqqəti iqtisadi fəallıq Rusiya-Ukrayna müharibəsinin qısamüddətli nəticəsidir, bizim heç bir xarici investisiyamız və iqtisadi siyasətimiz yoxdur ki, bu da istər-istəməz iqtisadi iflasa gətirib çıxaracaq. Bizim diasporla da münasibətlərimiz minimaldır və indiyədək Ermənistanda hakimiyyətə bu qədər hörmətsizlik olmayıb”, - deyə Oskanyan bildirib. 

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью