Heç bir sənəd göstərmədən əmlakımıza əl atırlar

21.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Uşaq Fondunun ofisinin qanunsuz boşaldıldığı iddia edilir.

Axşam.az xəbər verir ki, bu barədə fondun sədri Zəhra Bədəlbəyli sosial şəbəkə hesabında məlumat yayıb.

“Hal-hazırda sədrlik etdiyim Azərbaycan Uşaq Fondunun ofisindəyəm. Bizim otaqlarımız qanunsuz olaraq boşaldılır” deyə, Z.Bədəlbəyli bildirib.

Onun sözlərinə görə, prosesi özlərini Dövlət Əmlak Komitəsinin əməkdaşları kimi təqdim edən şəxslər icra ediblər. Lakin onlara bununla bağlı heç bir hüquqi sənəd təqdim olunmayıb.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью