Heç bir təzyiq altında deyiləm Tramp

13.05.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin "WABC Radiosu"na verdiyi müsahibədə İranla bağlı son vəziyyəti qiymətləndirib.

D. Tramp bildirib ki, İran rəsmiləri ona zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verəcəklərini deyiblər və İranın uranı zənginləşdirməyi dayandıracağına və o, nüvə silahı istehsal etmək səylərindən imtina edəcəyinə "100 faiz" əmindir.

Tramp həmçinin ABŞ-nin İranda vurulan nüvə obyektlərindən nüvə tozunu təmizləyəcəyini və bu məsələ ilə bağlı danışıqların davam etdiyini bildirib.

İranla razılaşmaq üçün hər hansı bir təzyiq altında olub-olmadığı ilə bağlı suala cavab olaraq isə Tramp deyib: "Mən heç bir təzyiq altında deyiləm, heç nəyi tələsdirməyəcəyik, oynamalı olduğumuz çoxlu kartımız var".

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью