Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasında Azərbaycan mədəniyyətini “Yumşaq güc”ə çevirmək kimi bir iddia var.
Bu sözləri Gununsesi.info-ya şair Aqşin Yenisey deyib.
O bildirib ki, bu gün “Yumşaq güc” özünün kütləvi mədəniyyətini dünyaya yayan Amerikanın əlindədir və buna ən sərt şəkildə müqavimət göstərən Avropadır.
Yenisey eyni zamanda deyib:
“ “Yumşaq güc” nədir, necə yaranır sualı ortada görünmür. Bu, əlbəttə ki, mədəni gücdür, amma necə bir mədəniyyətin gücüdür? Bu gün “Yumşaq güc” özünün kütləvi mədəniyyətini dünyaya yayan Amerikanın əlindədir və buna ən sərt şəkildə müqavimət göstərən Avropadır. Ümumiyyətlə, “Yumşaq güc” zamanla yer dəyişə bilir. Məsələn, inkivizisiyanın baş kəsib qan tökdüyü XV-XVI əsrlərdə “beyin köçü” Qərbdən Şərqə doğru yönəlmişdi. Bu gün Şərqin ağıllı adamları Avropaya köçdüyü kimi, Orta əsrlərdə də Avropanın ağıllı adamları Şərqə qaçırdılar. Bu cür tarixi faktların sayını artırmaq olar. Amma bu əsas mətləbi dəyişməyəcək. “Yumşaq güc” elm və fəlsəfənin yaratdığı mədəniyyətin gücüdür. “Beyin köçü” hansı səmtə istiqamətlənibsə “Yumşaq güc” də oradadır. “Yumşaq güc” cəlb etmir, cəzb edir. Yəni biz Azərbaycan mədəniyyətini “Yumşaq güc”ə çevirmək istəyiriksə, mədəniyyətin mərkəzində elmin və fəlsəfəninin mövqeyini elə bir səviyyəyə qaldırmalıyıq ki, ən azından, yaxın coğrafiyada bu səviyyənin tayı-bərabəri olmasın. Əgər biz “Yumşaq güc” dedikdə Natiq ritm qrupunun, tutalım, Fransada ifasını başa düşürüksə, bu, kökündən bərbad düşüncədir. Əvvəla, nağara kifayət qədər fiziki güc tələb edən bir alətdir. İkincisi də, dünyada heç bir xalq heç vaxt belə bir arzuyla alışıb-yanmayacaq ki, kaş bizim övladlarımız da azərbaycanlıların nağarasını döyəcələyə biləydi”.
Orxan