Heç biri cəzasız qalmamalıdır! Ombudsmadan xəbərdarlıq

25.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Qadın və qızlara qarşı zorakılığın bütün formalarına son qoyulmalı, zərərçəkənlərin hüquqları qorunmalı və təqsirkarlar məsuliyyətə cəlb edilməlidir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 25 noyabr – 10 dekabr tarixlərini əhatə edən “Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” beynəlxalq kampaniyası ilə əlaqədar videomüraciətində bildirib.

Ombudsman qeyd edib ki, qadın və qızlara qarşı zorakılıq fərdi və ya ailədaxili məsələ deyil, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Onun sözlərinə görə, fiziki, psixoloji, iqtisadi və rəqəmsal zorakılığın heç bir formasına bəraət qazandırmaq olmaz. Onlayn mağaza

Səbinə Əliyeva bildirib ki, gender bərabərliyinin təşviqi və zorakılığın qarşısının alınması üçün cəmiyyətin bütün üzvləri səylərini birləşdirməlidir. O, xüsusilə medianı gender bərabərliyi mədəniyyətinin təbliğində fəal olmağa çağırıb.

Ombudsman vurğulayıb ki, zorakılıqdan zərər çəkmiş şəxslər hərtərəfli müdafiə və qayğı ilə təmin edilməli, onların ədalətli mühakimə hüququ qorunmalı, təqsirkarlar isə qanun qarşısında cavab verməlidirlər.

O, zorakılıqla üzləşən və ya belə hallardan xəbərdar olan şəxsləri biganə qalmamağa, hüquq-mühafizə orqanlarına və ya Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət etməyə çağırıb.

Qeyd edək ki, builki beynəlxalq kampaniya “Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək: Ədaləti bərqərar edək, zərərçəkənləri müdafiə edək, cəzasızlığa son qoyaq!” şüarı altında keçirilir. Kampaniya noyabrın 25-dən dekabrın 10-dək davam edəcək.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью