Heç düşünmədən plastik əməliyyatlar etdirirəm Video

27.01.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aparıcı Afaq Gəncəli bir neçə gün əvvəl yayılan videosundan danışıb.

Aparıcı Axşam.az-a açıqlamasında plastik əməliyyat etdirdiyini deyib. O bildirib ki, əməliyyatı bir il əvvəl edib:

"Üz əməliyyatım bir il əvvəl olub. Hər zaman əməliyyata açıq insanam. Ehtiyac görsəm gedəcəyəm. Bu gün beynimə vurdu sabah əməliyyatdayam. Düşünmədən edirəm. Mənim üçün rahatdı, heç kimdən də gizlətmirəm". 

Afaq formada qalması haqda danışıb:

"Son iki ildir axşam saat 5-dən sonra yemək yemirəm. Bir də idman edirəm. İllər əvvəl həmin məşhur arıqlama iynəsindən mən də vurdurdum. Amma bunu insulin dirəncim üçün etdim. Yüksək idi və endokrinoloqum yazdı. O iynənin çox pis fəsadları var. Bir çoxları bilmir deyə, arıqlamaq üçün vurdurur. Onun üstünə yazılır ki, şəkər üçündür".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью