“Heç heçə ilə barışmalıyıq” Kandido

02.11.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının X turunun “Sumqayıt” – “Şəfa” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Filipe Kandido fikirlərini bölüşdü.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları dedi:

– Heç-heçə ilə barışmalıyıq. Rəqibin bizə çətinlik yaradacağını bilirdik. Oyuna yaxşı başladıq, amma sonra konsentrasiyamızı itirdik, çoxlu top itkisinə yol verdik. “Şəfa” ilk hissəni öndə bitirməyə layiq idi. Fasilədən sonra müəyyən şeyləri dəyişməyə çalışdıq, bərabərlik qolunu vurduq. Bəzi məqamlarda bəxtimiz gətirmədi. Bu nəticəni istəmirdik. Ancaq oyunun gedişatına baxsaq, bu heç-heçə ilə barışmalıyıq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью