Icma.az bildirir, Sportal.az portalına istinadən. "Qarabağ" bu gün Çempionlar Liqasında növbəti matçını keçirib.
Azərbaycan çempionu "Ayntraxt"ı qəbul edib. Matç 3:2 hesabı ilə təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: "Alqışlara görə çox sağ olun, təşəkkür edirəm.
Azarkeşlərimizi təbrik etmək istəyirəm. Həqiqətən bu qalibiyyət onların haqqı idi. Bütün oyunlarda bizimlə oldular.
Bəlkə bizdən daha çox qalibiyyəti istəyən azarkeşlərimiz var idi. Onların duaları bizə böyük zəfər nəsib etdi.
Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Qələbə üçün təkcə istək, aqressiya yox, intizamlı oyun oynadılar.
Bəzi oyunlarda olmayan intizam bu gün var idi. Sona qədər intizamı pozmamaq, qələbəyə inanmağı gördük.
Futbolçularımız, azarkeşlərimiz və Azərbaycan futboluna adına çox sevindik”. - Möcüzələrə inanırsız? - Möcüzə nəyə deyilir?