“Heç kim bilmirdi ki, toyumuza gəlirlər”

16.11.2026

Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənni Beyonse “I-D” jurnalına müsahibəsində reper Cey-Zi ilə 2008-ci ildə baş tutan toyları ilə bağlı maraqlı detalları açıqlayıb.
OLAY yazır ki, valideynləri və bir neçə yaxın dostları istisna olmaqla, qonaqların əksəriyyəti toy mərasiminə dəvət olunduqlarından xəbərsiz olublar. Cütlük heç kimə toy edəcəklərini əvvəlcədən bildirməyib.

“Biz evimizdə çox sadə bir toy mərasimi keçirdik. Qonaqlara sadəcə bir məclis təşkil etdiyimizi demişdik. Valideynlərimiz və bir neçə dostumuzdan başqa heç kim onların əslində toyumuza gəldiyini bilmirdi” deyə Beyonse bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью