Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli yayılması onlayn qumar və virtual mərc oyunlarına olan marağı kritik səviyyəyə çatdırıb. Qısa müddətdə, minimal zəhmətlə böyük pullar qazanmaq vədi xüsusilə gənc nəsli virtual platformaların daimi istifadəçisinə çevirir. Asan qazanc illüziyası fərdləri təkcə fərdi maliyyə böhranına sürükləmir, həm də cəmiyyətin sosial sütunlarını sarsıdan, ailədaxili münaqişələri artıran qlobal problemə çevrilir.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Demokrat.az-a bildirib ki, onlayn qumar oyunlarına marağın artmasının əsas səbəblərindən biri asan yolla pul qazanmaq istəyidir:
"İnsanlar düşünürlər ki, qısa müddətdə böyük məbləğlər qazanıb milyonçu ola bilərlər. Məhz burada yanılırlar. Onlayn qumar çox vaxt insanlar üçün qurulmuş tələdir və təəssüf ki, bəzi şəxslər bu tələyə düşürlər. Tanıdığım gənclər arasında qumar səbəbindən ciddi borca düşən, hətta vəziyyəti faciə həddinə çatan insanlar var. Buna görə də insan nəfsini cilovlamağı, ağılla hərəkət etməyi bacarmalıdır. Dərk etməlidir ki, bu cür yollar böyük risk daşıyır və əksər hallarda maddi itkilərlə nəticələnir.
Əlbəttə, insan pul qazanmalı, maddi vəziyyətini yaxşılaşdırmalıdır. Amma bu, qumarla deyil, təhsil, bacarıq, zəhmət və düzgün istiqamət seçimi ilə mümkün olur. Heç kim bir gecədə milyonçu olacağını düşünməməlidir. Bu, yanlış düşüncədir və insanı ciddi problemlərlə üz-üzə qoya biləcək riskli həyat tərzidir", - deyə o qeyd edib.
Beləliklə, onlayn qumar asılılığı fərdi mənəvi zəiflik olmaqdan çıxıb, cəmiyyətin sosial sabitliyini təhdid edən ciddi sistemli təhlükəyə çevrilib. Virtual dünyada təklif olunan asan qazanc vədləri real həyatda ağır borc öhdəlikləri, ailələrin dağılması və ciddi psixoloji sarsıntılarla nəticələnir. Bu rəqəmsal bəla ilə effektiv mübarizə aparmaq üçün təkcə fərdi iradə kifayət deyil, dövlət səviyyəsində qanunvericilik tənzimləmələrinin sərtləşdirilməsi, qumar saytlarına girişin məhdudlaşdırılması və medianın fəal iştirakı ilə kütləvi maarifləndirmə kampaniyalarının aparılması zəruridir.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Mövzu ilə bağlı sosioloq Mail Yaqub Demokrat.az-a bildirib ki, onlayn qumar oyunlarına marağın artmasının əsas səbəblərindən biri asan yolla pul qazanmaq istəyidir: