Heç kim bizə göstəriş verə bilməz Rəvançi

23.06.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi İranın nüvə fəaliyyətlərinin, o cümlədən uranın zənginləşdirilməsinin dayandırılması ideyasını təkzib edib.

Sfera.az Mehr agentliyinə istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsini açıq-aşkar təcavüz və cinayət kimi dəyərləndirib və ölkənin nüvə proqramının dayandırılmayacağını vurğulayıb.

“Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində qaldığımız müddətcə heç kim bizə nə etməli olduğumuzu və etməməli olduğumuzu deyə bilməz”, - deyə Taxt Rəvançi vurğulayıb.

Fidan Hacızadə

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью