Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün gələcək taleyi noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirə oluna bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də tamhüquqlu iştirakını bərpa etmək imkanı hələ də var. Bununla belə, heç kim ölkəni təşkilatda qalmağa məcbur etmək niyyətində deyil.
Zaxarova bildirib ki, Ermənistan təşkilatın nizamnaməsində nəzərdə tutulan qaydalara uyğun olaraq üzvlükdən çıxmaq hüququna malikdir. Bunun üçün mövcud öhdəliklərini də yerinə yetirməlidir.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin artıq KTMT-də iştirak etməkdə maraqlı olmadığını söyləmişdi.