Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq. Əməliyyat otağında qeyri-adi təbrik alan "German Hospital" klinikasının mama-ginekoloqu
Qeyd edək ki, Ləman Əliyeva həyat yoldaşı Əziz Rəfibəyli ilə birlikdə "German Hospital"ında çalışır və həmin gün əməliyyatı birlikdə ediblər
Əziz Rəfibəyli bu klinikanın ginekologiya şöbəsinin müdiridir.
Publika.az xəbər verir ki, səs-küylü olayı 1news.az-a şərh edən Əziz Rəfibəyli bildirib ki, rəhbərliklə baş verənləri müzakirə edəndə o, həmin şəxsin ad günü olduğu üçün əməlin emosiya zəminində törədildiyini və sadəcə sevincli anını paylaşmaq istədiyini bildirib.
Həkimin sözlərinə görə, o, özü də bunun necə baş verdiyini anlamır. “Kimsə qaydaları pozarsa və heç kim görümürsə, hər şey gizli qalır.
Amma insanlar bunu görəndən Səhiyyə Nazirliyinin nümayəndələri işə qarışdı”, - deyə həkim bildirib.
Ginekoloq cərrahiyyə əməliyyatxanasında baş verən hadisəyə görə Səhiyyə Nazirliyinin komissiyasının ona cərimə kəsdiyini də bildirdi: “Hamımız cəzalandırıldıq.
Həyat yoldaşımı işdən uzaqlaşdırdılar, həm də cərimə etdilər”.