Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə ölkə çempionatının 1-ci liqasında çıxış edən “Cəbrayıl”ın baş məşqçisi Elhad Nəziri bu gün postundan ayrılıb.
O, bu barədə “feysbuk” hesabında paylaşım edib. Mütəxəssis öz istəyi ilə getdiyini vurğulayıb.Nəziri “Football-plus.az”a açıqlamasında koman
Bəzi məsələlərə görə klubdan getmək istəyirdim. Rəhbərlik bunu normal qarşıladı və biz də ayrıldıq.
Turnir cədvəli və komandanın nümayiş etdirdiyi oyun göz qabağındadı. Heç kim mənim nəticələrimdən narazılıq bildirməyib.
Daha üst sıralarda ola bilərdik. Komanda 3-4 aydı rəhbərsiz idi, maliyyə dəstəyi yox idi.
Bu vəziyyətə baxanda pis nəticə göstərmədiyimizi düşünürəm. İtirdiyimiz xallar var ki, 14 xal yox, 21 xal yığa bilərdik.
Futbolda belə şeylər olur. Bunlar hamısı təcrübədi. Hələlik bir-iki klubla danışığım olub. Ortada real heç nə yoxdu.