Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sözqaytaran” verilişinin son buraxılışında günün diqqətçəkən hadisələri ironik və emosional təqdimatla tamaşaçılara çatdırılıb.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, verilişdə Beynəlxalq Ahıllar Günü ilə bağlı qocalar evində yaşayan şəxslərin həyat hekayələrinə, keçmiş deputat Mirvari Məmmədovanın taleyinə toxunulub. Bundan başqa, marketlərdə saxta endirimlər, toyuq filesinin bahalaşması, 163 nömrəli avtobusun gecikməsi və ictimai nəqliyyatda yaranan sıxlıq tənqidi üslubda müzakirə edilib.
Buraxılışda həmçinin kuryerlərlə bağlı maraqlı görüntülər, süni intellektlə hazırlanan toy videoları, erməni əsilli blogerin Bakıya səfəri, Cənubi azərbaycanlıların ifası və xarici ölkələrdə baş verən qeyri-adi hadisələr göstərilib.
Proqram gündəlik xəbərləri yumor, ironiya və sosial müşahidələrlə birləşdirərək təqdim edib.